ABŞ-da daşqın: ölənlər var

11:19 29 Mart 2025

ABŞ-ın Texas ştatının cənubunda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, ən ciddi vəziyyət Hidalqo dairəsindədir, burada 3 nəfər ölü tapılıb.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi, qeyri-qanuni mühacirlərin daşınması üçün istifadə edildiyi güman edilən su altında qalmış avtomobildə daha bir kişinin cəsədinin tapıldığını bildirib.

Bundan başqa, təbii fəlakət nəticəsində minlərlə ev işıqsız qalıb, Harlingendəki Velli beynəlxalq hava limanı bağlanıb, bütün uçuşlar təxirə salınıb.



Xəbər xətti