Ukraynaya kütləvi dron HÜCUMU – 28 PUA vuruldu

10:48 3 Aprel 2025

Gecə saatlarında Ukraynaya 39 dron hücumu olub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukraynanın şimal və şərq hissəsində 28 pilotsuz uçuş aparatının (PUA) vurulduğu təsdiqlənib.

7 dron isə radarlardan itib, lakin bunun heç bir mənfi nəticəsi olmayıb.

Rusiya hücumu nəticəsində Xarkov, Donetsk və Dnepropetrovsk vilayətləri zərər çəkib.



Xəbər xətti