Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

22:19 7 Aprel 2025

Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.



Xəbər xətti