Bakıda orta aylıq nominal əməkhaqqı 1330 manatı ötüb

15:58 8 Aprel 2025

2025-ci ilin yanvar ayında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 1332,6 manat təşkil edib.

Bu barədə Sitat.info-ya Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 1062,9 manat olub.



Xəbər xətti