Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.
Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.
Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb və evə qayıtmayıb. Onun barəsində axtarış elan olunmuşdu.