Çinli əsgərlər Ukraynada əsir düşdülər

17:12 8 Aprel 2025

Donetsk vilayətində iki çinli əsgər Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu həyəcanverici siqnaldır. Çin İran və Şimali Koreyadan sonra ordusu Rusiyaya dəstək verən üçüncü ölkə oldu, lakin prinsipial fərqlə – çinlilər artıq birbaşa Ukrayna ərazisində döyüşür”, - Zelenski qeyd edib.

Zelenski Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə dərhal çinli həmkarları ilə əlaqə saxlamağı və rəsmi izahat tələb etməyi tapşırdığını bildirib .



Xəbər xətti