Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü

20:00 8 Aprel 2025

 

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.

Sitat.info xəbər verir ki, o, bu barədə X-də yazıb.

"Azərbaycan- Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - M.Cabbarov qeyd edib.

 



Xəbər xətti