Vətəndaşların 87067 manatını taladılar - DİN təcili çağırş edir, diqqət!

10:02 9 Aprel 2025

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. 

DİN-dən "Sitat.info" veriləm məlumata görə, aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik  şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var"



Xəbər xətti