Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanıldı

13:30 9 Aprel 2025

 
Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.



Xəbər xətti