Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - Rəsmi

17:12 9 Aprel 2025

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.

Sitat.info xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov Mətbuat.az-a açıqlamasında doktorantların alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlarını bildirib.

"Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər", - deyə o əlavə edib.



Xəbər xətti