Husilər Təl-Əvivdəki hərbi obyektə və Qırmızı dənizdə ABŞ-ın aviadaşıyıcısına hücum edib.
Sitat.info xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.
“Silahlı qüvvələr PUA-dan istifadə edərək Təl-Əviv bölgəsində İsrail hərbi obyektinə zərbələr endirib”, - o bildirib.
Sariya qeyd edib ki, Qırmızı dənizin şimalında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harri Truman” aviadaşıyıcısına da hücum edilib.