İran Ermənistanla sərhəddə birgə təlimlər keçirəcək

19:12 9 Aprel 2025

 

İran Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak edəcək.

Qeyd olunub ki, təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının qarşısının alınmasını nəzərdə tutur.

 



Xəbər xətti