Sürücülərin nəzərinə: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

19:36 9 Aprel 2025

Sabah duman və yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 10-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.



Xəbər xətti