Bu ölkə Trampın qərarı qarşısında geri çəkildi

20:26 9 Aprel 2025

Şimali Makedoniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni tariflər fonunda ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumlarını tamamilə ləğv edə bilər.

Sitat.info xəbər verir ki, bunu Şimali Makedoniyanın maliyyə naziri Qordana Dimitriyevska-Koçoşka deyib.

Nazir bildirib ki, ABŞ ilə ticarət dövriyyəsi Şimali Makedoniyanın ümumi xarici ticarətinin 1 faizindən azını təşkil edir. Ötən il ABŞ-a bütün ixracın dəyəri 100 milyon avrodan bir qədər çox olub. ABŞ-ın yeni administrasiyasının qərarı ilə Şimali Makedoniyadan bu ölkəyə ixrac olunan məhsullara 33 faizlik rüsum tətbiq ediləcək.

“Biz gömrük tarifləri haqqında qanuna düzəlişlər hazırlayırıq. Şimali Makedoniya ABŞ-dan idxal tariflərini azaltmağı planlaşdırır. Hətta rüsumları büdcəyə ciddi təsir etmədən sıfıra endirə bilərik. Bu, ABŞ-a göndərə biləcəyimiz siqnaldır”, - nazir qeyd edib.



Xəbər xətti