Azərbaycan bu ölkəyə başsağlığı verdi

21:05 9 Aprel 2025

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikan hökumətinə və xalqına başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında bildirilib.

"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.



Xəbər xətti