ABŞ Yəmənə 6 hava hücumu həyata keçirdi

13:20 25 Aprel 2025

Yəmənin husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ ordusu Maribin Medqal bölgəsinə dörd, Əmranın Harf Süfyan bölgəsinə iki hava hücumu həyata keçirib.

Sitat.info xəbər verir ki, hücumlardan sonra ölən və yaralananların sayı barədə məlumat verilməyib.

 Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıblar.

ABŞ prezidenti Donald Tramp martın 15-də orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.

Bildirilib ki, ABŞ martın 15-dən sonra Yəmənə 1000-dən çox hava hücumu həyata keçirib və nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 217 nəfər ölüb, 436 yəmənli isə yaralanıb.

 



Xəbər xətti