Sərnişin qatarı alovlandı: sərnişinlər təxliyə edildi

17:00 25 Aprel 2025

Gürcüstanda Ozurgeti-Tiflis istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.

Sitat.info xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.

Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb. Sərnişinlərdən vaqonları tərk etmələri istənilib.

Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.



Xəbər xətti