Tanınmış vəkil Bakı bulvarında qəfil vəfat etdi - FOTO

10:55 26 Aprel 2025

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo



Xəbər xətti