Mövqelərimiz yenidən atəşə tutuldu

11:10 28 Aprel 2025

Bu gün saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

“Sitat.info” xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.



Xəbər xətti