Macarıstan BCM-dən çıxmaq barədə qanunu təsdiqlədi

16:00 29 Aprel 2025

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması haqqında qanun layihəsini təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto məlumat verib.

“Macarıstan parlamenti indicə BCM-dən çıxmağa səs verdi. Biz bu qərarı verməklə qərəzsizliyini və nüfuzunu itirmiş siyasiləşmiş bir qurumun tərkibində olmaqdan imtina edirik”, - Siyarto bildirib.



Xəbər xətti