İlk fürsətdə Trampla görüşəcəm - Ərdoğan

19:00 30 Aprel 2025

İlk fürsətdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyik.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan dönərkən təyyarədə mediaya açıqlaması zamanı deyib.

O, ABŞ-la Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Ərdoğan əlavə edib ki, iki lider olaraq Suriya məsələsində də Amerika-Türkiyə münasibətlərinin müsbət məcrada sürətlənəcəyini düşünür.



Xəbər xətti