34 il sonra...

19:14 30 Aprel 2025

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Arsenal”ı məğlub edən (1:0) PSJ Fransa klublarının uzun müddətdir bacarmadığını reallaşdırıb.

Sitat.info xəbər verir ki, parislilər 1991-ci ildən sonra turnirin yarımfinal mərhələsində səfərdə qələbə qazanan ilk Fransa komandası olub.

Sonuncu dəfə “Marsel” Moskva “Spartak”ına səfərdə qalib gəlib - 3:1.

Qeyd edək ki, “Arsenal” ilə PSJ arasında cavab görüşü mayın 7-də Parisdə keçiriləcək.



Xəbər xətti