Xaçaturyan onu vəzifəsindən azad etdi

19:50 30 Aprel 2025

Vahram Dumanyan Ermənistan prezidentinin müşaviri vəzifəsindən azad edilib.

Sitat.info “NEWS.am”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, V. Dumanyan 2023-cü ilin fevralında prezidentin müşaviri vəzifəsinə təyin edilib, ona qədər Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri olub.



Xəbər xətti