Rusiya bu regionda hamıya təhlükə yaradır - Almaniya

16:40 17 May 2025

Biz, qonşu ölkələr, NATO və Avropa Birliyi (AB) olaraq, hibrid təhdidlərə qarşı bütün gücümüzlə, o cümlədən əlavə patrullar vasitəsilə mübarizə aparırıq.

Sitat.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

“Rusiya Baltik dənizi regionunda hamımıza təhlükə yaradır. Kəsilmiş kabellər, sıradan çıxmış siqnallar və şübhəli gəmilər bizdə ciddi narahatlıq doğurur”, - nazir əlavə edib.



Xəbər xətti