Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etdi

10:11 21 May 2025

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi ilə bağlı qərarın verildiyini açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ilin mayında vətəndaş müharibəsindən sonra başlayıb.

Kallas, Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısının ardından sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib: "Bu gün Suriyaya tətbiq etdiyimiz iqtisadi sanksiyaları ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın qurulmasında kömək etmək istəyirik”.

Kallas Aİ-nin Suriya xalqının yanında olmağa davam edəcəyini bildirib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də qərarı alqışlayıb: "AB-nin Suriyaya tətbiq etdiyi sanksiyaları aradan qaldıraraq, Suriya xalqı ilə birlikdə yeni bir tarixi uğur əldə etdik. Bu qərar Suriyada təhlükəsizlik, sabitlik və rifahı artıracaq".

Nigar,

Sitat.info



Xəbər xətti