Pakistanda məktəb avtobusunda terror: Ölən və yaralananlar var 

16:58 21 May 2025

Pakistanda məktəb avtobusunda terror aktı törədildi, ölən və yaralananlar var. 

Sitat.info xəbər verir ki, bu gün səhər saatlarında Pakistanın Bəluçistan əyalətində şagirdləri daşıyan məktəb avtobusuna terror hücum edilərək partladılıb.

Məlumata görə, hadisə nəticəsində 4 məktəbli ölüb, 37 nəfər isə yaralanıb. Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Nigar,

Sitat.info



Xəbər xətti