Pakistanın Baş naziri Xankəndiyə gəlir - EKSKLÜZİV

15:02 30 İyun 2025

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Xankəndi şəhərinə gəlir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, səfər çərçivəsində Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.

İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində baş tutacaq.

 Qeyd edək ki, İƏT-in 16-cı Zirvə görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.



Xəbər xətti