Bu dənizdə zəlzələ baş verdi

09:48 10 İyul 2025

Türkiyənin sahillərini yuyan Egey dənizində 4.6 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentrinin 11.1 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Egey dənizi sahilində yerləşən yaşayış bölgələrində dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Sitat.info



Xəbər xətti