Pediatrdan valideynlərə XƏBƏRDARLIQ: "Uşaqları yandırmayın!"

11:20 21 İyul 2025

"Uşaqları çimərlikdə yandırmayın. İstirahətə aparırsınız, amma yanıqla qayıdır körpələr. Evdə də əlinizə nə keçirsə yanığa çəkirsiniz. Diş məcunu, yumurta, bal və sair. Yəni, soyuducuda olanların hamısını yanığa niyə çəkirsiniz? Olmaz!".

Sitat.info xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkə hesabında paylaşaraq valideynlərə xəbərdarlıq edib: "Həkiməqədər yanıq sahəsinə soyuq kompreslər etmək olar. Pantenol çəkin, amma üstündən sarımayın".

Pediatr onu da vurğulayıb ki, suluqlar varsa, mütləq həkimə müraciət etmək lazımdır: "Suluqları iynə ilə deşib infeksiyaya şərait yaratmayın! Uşaqları yandırmayın!".

Tehran,

Sitat.info

 



Xəbər xətti