ADSEA su basan yolda...- "Təmir işləri gedir, texnikalar işləyir" - VİDEO

17:27 4 Avqust 2025

Xəbər verdiyimiz kimi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Mida 1 və 2” yaşayış komplekslərinin yolunu su basıb.

 Asfalt yolda böyük gölməçələr yaranıb, nəqliyyatın hərəkətinə mane olurdu.

Məsələ ilə bağlı ADSEA-nın mətbuat katibi Ceyhun Musaoğlu ilə əlaqə saxladıq. 

Picture background

O bildirdi ki, bu barədə artıq aiddiyatı üzrə tapşrırıq verilib: "Suraxanı Sukanal İdarəsi tərəfindən qeyd olunan ərazidə qazıntı işləri aparılıb və müəyyən olundu ki, qəza təyiqli kanalizasiya xəttindədir. Hazırda təmir işləri aparılır".

Qeyd edək ki, problemlə bağlı bir daha əraziyə baş çəkdik. Səhər saatlarında  ADSEA-nın texnikaları və işçi qüvvəsinin çalışdığının şahidi olduq. Yoldakı gölməçə suları çəkilib, təmir bərpa işləri davam edir.

Məğrur,

Sitat.info

".

 



Xəbər xətti