Rusiyanın dünənki hücumunda Kiyevdə 225 yaşayış binası zərər görüb

10:28 29 Avqust 2025

Kiyevdə kütləvi hücum zamanı 225 yaşayış binasına ziyan dəyib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

"Qeyri-yaşayış binaları, qarajlar, həyətyanı sahələr və ictimai binalarla yanaşı, paytaxtın bütün rayonlarında dağıntılar var. Rayonlardan bildiriblər ki, onlar artıq 5400-dən çox sınmış pəncərə və pəncərə blokunu hesablayıblar. Demək olar ki, 4000-i Qoloseyevski rayonundadır", - o qeyd edib.

Sİtat.info 



Xəbər xətti