Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb

14:09 1 Sentyabr 2025

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb.

Sitat.info xəbər verir ki, bu barədə "AnewZ" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.

Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay Ruhu" na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.



Xəbər xətti