Rusiya prezidenti Vladimir Putin və Türkiyə xarici işlər naziri Hakan Fidan Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldan sonra ayaq üstə danışıblar.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Putin və Fidan qırmızı xalça sərilmiş pilləkənləri birlikdə eniblər. Prezident və nazir bütün yol boyu söhbət ediblər.
Xatırladaq ki, Vladimir Putin və Hakan Fidan bundan əvvəl mayın 27-də sonuncunun Moskvaya səfəri zamanı görüşüblər.teleqraf