Putin Zelenskini Moskvaya dəvət etdi

18:54 3 Sentyabr 2025

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə Moskvaya dəvət edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezident Çinə 4 günlük səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Mən bundan (görüşdən-red) heç vaxt imtina etməmişəm, əgər bu görüş yaxşı hazırlanırsa və müsbət nəticələrə gətirib çıxararsa. Yeri gəlmişkən, Donald (Tramp - UNİAN) məndən belə bir görüş keçirməyi xahiş etdi. Nəhayət, Zelenski hazırdırsa, qoy Moskvaya gəlsin, belə bir görüş baş tutacaq", - deyə Putin bildirib.

 



Xəbər xətti