Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2200 nəfəri ötdü

16:17 4 Sentyabr 2025

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2200 nəfəri ötüb.

Sitat.info xəbər verir ki,  bu barədə Taliban hökuməti məlumat yayıb. 

Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.



Xəbər xətti