Putin “Çinlə birgə vuruşduq” dedi, Kallas təəccübləndi

12:40 5 Sentyabr 2025

Rusiya deyir ki, İkinci Dünya müharibəsini Çinlə birlikdə udub. Bu, mənə təəccüblü gəldi.

Sitat.info  xəbər verir ki, bu sözləri Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

“Rusiya Çinə üz tutdu və dedi ki, Rusiya və Çin İkinci Dünya müharibəsində vuruşdular, qalib gəldilər, nasizmi məğlub etdilər. Mən də düşündüm ki, aha, bu, yeni bir şeydir.

Tarixi bilirsinizsə, bu, çoxlu suallar doğurur. İndi insanlar çox oxumur və tarixi xatırlamırlar. Aydındır ki, bu rəvayətləri qəbul edirlər”, - Kallas bildirib.



Xəbər xətti