İsrail Suriyaya hava zərbələri endirib

10:31 9 Sentyabr 2025

İsrail döyüş təyyarələri Suriyanın mərkəzi Homs əyalətinə hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, İsrail aviasiyası Homs ətrafını hava hücumu ilə hədəfə alıb.

Hücumda Homs yaxınlığındakı hərbi məntəqədəki hava hücumundan müdafiə sistemləri vurulub.

Yerli mənbələrin məlumatına görə, güclü partlayış səsi Suriyanın sahilyanı Latakiya vilayətində də eşidilib.

Aytac,

Sitat.info 



Xəbər xətti