Parisdə 183 etirazçı saxlanılıb

19:48 10 Sentyabr 2025

Fransada keçirilən etirazlar fonunda Parisdə və ətraf ərazilərdə kütləvi saxlanılmalar qeydə alınır.
 
Paris polis prefekturasının yerli vaxtla saat 14:30-a olan son məlumatlarına əsasən, Fransa paytaxtı və onun aqlomerasiyasında 183 etirazçı saxlanılıb.
 
Aksiyalar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq göstərib, Prezident Emmanuel Makron isə hökumətin yeni başçısı vəzifəsinə Sebastyen Lekornunu təyin edib ki, bu da son iki ildə həmin vəzifəyə artıq beşinci təyinatdır. Müxalifət partiyaları etimadsızlıq votumları hazırlayır.
 \report



Xəbər xətti