Ötən gün paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam edir.