İsrail HƏMAS ilə razılıqdan sonra Qəzzaya hücumlarını davam etdirib

09:40 9 Oktyabr 2025

İsrail HƏMAS ilə sülh razılaşması əldə edildikdən sonra Qəzza sektoruna hücumlarını davam etdirib.

 

Sitat.info xəbər verir ki, bu barədə Fələstin anklavının mülki müdafiə xidməti məlumat yayıb.

"Dünən gecə təklif olunan atəşkəs şərtləri ilə bağlı razılaşmaların əldə edildiyi elan edildikdən sonra Qəzzanın şimalında da daxil olmaqla çoxsaylı partlayışlar qeydə alınıb. Bundan əlavə, Qəzza şəhəri intensiv hava hücumlarına məruz qalıb", - departamentin açıqlamasında bildirilir.



Xəbər xətti