Misir prezidenti Trampı ordenlə təltif edib

10:45 13 Oktyabr 2025

Misir prezidenti Əbdülfəttah əs-Sisi amerikalı həmkarı Donald Trampı Ərəb Respublikasının ən yüksək dövlət mükafatı olan Nil ordeni ilə təltif etmək qərarına gəlib.

Sitat.info xarici mediaya istinadən məlumat verir ki, bu orden ABŞ prezidentinin  münaqişələrin həllinə dəstəyinə görə verilib. 

“Prezident Əbdülfəttah əs-Sisi ABŞ prezidentini sülh səylərinə və münaqişələrin həllinə dəstəyinə, ən son isə Qəzzada müharibənin dayandırılmasındakı əsas roluna görə Nil ordeni ilə təltif etmək qərarına gəlib”, - xəbərdə deyilir.

Bundan əvvəl Tramp İsrail və Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında münaqişənin həlli üçün sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair razılığa gəldiyini açıqlamışdı. Birinci mərhələdə Həmas israilli girovları azad edəcək, İsrail isə öz qüvvələrini Qəzza zolağının daxilində razılaşdırılmış xəttə çəkəcək və yüzlərlə fələstinlini İsrail həbsxanalarından, o cümlədən terrorizmə görə ömürlük həbs cəzası çəkənləri azad edəcək.

Nigar,

Sitat.info 



Xəbər xətti