Bu rayonlara leysan yağır - Faktiki HAVA

17:50 13 Oktyabr 2025

Oktyabrın 13-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.

Sitat.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 m/s-yə çatır.

 

Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan yağır, şimşək çaxır.

Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafasi 500 metrədək məhdudlaşır.



Xəbər xətti