Vaşinqtonda görüşə bilərlər

19:30 13 Oktyabr 2025

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Vaşinqtonda görüşməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.Məlumata görə, danışıqlar oktyabrın 17-də baş tutacaq.

Qeyd edək ki, oktyabrın 13-də Amerika lideri Zelenski ilə “yaxşı” söhbət etdiyini, onların Kiyev üçün silah məsələsini müzakirə etdiyini bildirib. Tramp Kiyevin Vaşinqtondan “Tomaqavk” raketlərini almaq istədiyini də təsdiqləyib.



Xəbər xətti