İlham Əliyev nazirliyin bu səlahiyyətini ləğv etdi

17:00 14 Oktyabr 2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.
 
Sitat.info xəbər verir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib.
 
Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.
 
İndiyədək bu səlahiyyət sözügedən Nazirliyə məxsus olub.
 
Artıq icazələrin verilməsi ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçiriləcək.



Xəbər xətti