Odessanın meri Ukrayna vətəndaşlığından çıxarıldı

17:26 14 Oktyabr 2025

Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhərinin meri Gennadi Truxanovun Ukrayna vətəndaşlığından çıxarılması barədə Sərəncam imzalayıb. 

Sitat.info xəbər verir ki, V.Zelenski bu barədə teleqram kanalında paylaşım edib. 

 

 

“Bəzi şəxslərdə Rusiya vətəndaşlığının olması təsdiq edilib. Onlarla bağlı müvafiq qərarlar hazırlanıb və Sərəncam imzalanıb” -  Zelenski qeyd edib. 

“Strana.ua” portalının məlumatına görə, 2014-cü ildən Odessanın meri olan Truxanovla yanaşı, Zelenski Ali Radanın keçmiş deputatı Oleq Tsaryov və balet artisti Sergey Polunini də Ukrayna vətəndaşlığından məhrum edib.



Xəbər xətti