İLK: Zəngəzur dəhlizinin xəritəsi hazırlandı - FOTO

19:50 14 Oktyabr 2025

 

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

 
Sitat.info xəbər verir ki, bu barədə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib.
 
O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.
 
Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis dilindədir.
 



Xəbər xətti