YAP-da iclas! Siyavuş Novruzov Ramiz Mehdiyevin həbsinə belə reaksiya verdi

13:30 15 Oktyabr 2025

Bu gün mətbuatda Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından da çıxarılacağı ilə bağlı xəbər yayıldı.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, millət vəkili Siyavuş Novruzovdan Ramiz Mehdiyev haqda məlumat əldə etməyə çalışdıq.

Sitat.info olaraq  Siyavuş Novruzovla əlaqə saxladıq. Hər zəngimizdə suallarımızdan yayındı: "Hazırda iclasdayam. Bir qədər sonra zəng edin.Xahiş edirəm, bu barədə sonra sizə məlumat verim"

 Belə təxmin edirik ki, hazırda YAP-da Ramiz Mehdiyevlə bağlı iclas keçirilir. Bu səbəbdən də deputat  konkret açıqlama vermək istəmir.

Sitat.info



Xəbər xətti