Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu günlərdə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Düşənbədə keçirilən görüşünü öz Facebook səhifəsində şərh edib.
Sitat.info xəbər verir ki, o, İlham Əliyev haqda xoş sözlər yazıb:
"Həqiqətən də İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və hamıya nümunə göstərdi. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin prezidentinə ehtiramlarını bildirmək üçün sıraya düzülürlər", - Saakaşvili yazıb.