"İsrail döyüşü başa çatdırmayıb və Fələstinin HƏMAS hərəkatının hakimiyyətinə son qoymaq və onu tərksilah etmək də daxil olmaqla, bütün müharibə məqsədlərinə çatmaqda qərarlıdır".
Sitat.info xəbər verir ki, bu sözləri baş nazir Binyamin Netanyahu 7 oktyabr 2023-cü il tarixində "Şəhidləri Anma Günü" tədbirində deyib.
"Biz qaçırılanların hər birini geri qaytarmağa borcluyuq. Döyüşdə canlarını verən oğullar İsrail Dövlətinin üzərində qurulduğu təməl daşlardır. Onlar müharibənin bütün məqsədlərinə çatmaq üçün vuruşublar və biz müharibənin bütün məqsədlərinə (HƏMAS-ın məhv edilməsi və tərksilah edilməsi daxil olmaqla) nail olacağıq. Mübarizə bitməyib. Bu gün yalnız bir şey aydındır: bizə qarşı əl qaldıran hər kəs artıq bilir ki, onlar çox yüksək bədəl ödəyəcəklər. Biz uzun illər həyatımızı müəyyən edəcək tam qələbəyə nail olmaq əzmindəyik", - baş nazir əlavə edib.
AYTAC,
SİTAT.İNFO