Yuxarı Şirvan kanalında batan şəxsin meyiti tapıldı

21:00 21 Oktyabr 2025

Oktyabrın 18-də Yuxarı Şirvan kanalının Sabirabad rayonu, Surra kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

 
Sitat.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti